5 dekabr 2025. Cümə

Mixael Şumaxerin bolidi rekord qiymətə satıldı - FOTOLAR


  • Formula-1
  • 09:57 10.11.2022
  • Oxunma sayı: 279
Mixael Şumaxerin bolidi rekord qiymətə satıldı - FOTOLAR

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin 1998-ci ildə idarə etdiyi Ferrari F300 avtomobili Cenevrə şəhərində Sotheby`s auksionunda rekord qiymətə - 14,6 milyon ABŞ dollarına satılıb.

Corner.az saytının məlumatına görə, bu barədə  “Forbes” nəşri məlumat yayıb.

Əvvəlki rekord da Şumaxerin avtomobilinə məxsus idi. Onun 2001-ci ildə “Royal Race”də çempionluq əldə etdiyi avtomobil 2017-ci ildə 7,5 milyon dollara satılıb.

Qeyd edək ki, Mixael Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.













Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”