22 oktyabr 2024. Çərşənbə axşamı

Formula 1: Haas komandası yeni loqosunu təqdim etdi


  • Formula-1
  • 22:52 04.01.2023
  • Oxunma sayı: 302
Formula 1: Haas komandası yeni loqosunu təqdim etdi
ABŞ-ın Formula 1 komandası “Haas” yeni loqosunu təqdim edib.
Corner.Az xəbər verir ki, yeni loqo komandanın adı ilə baş sponsor “MoneyGram” maliyyə şirkətinin vəhdəti şəklində hazırlanıb.
Yeni mövsümdən komanda rəsmi olaraq “MoneyGram Haas F1” kimi tanınacaq.
Bildirək ki, daha əvvəl “Haas”ın sponsoru “Uralkali” olub. Rusiya şirkəti ilə müqaviləyə ötən ilin martında Ukraynaya qarşı edilən hücuma görə xitam verilib. “Haas” Formula 1-də keçən mövsüm 38 xalla Konstruktorlar kubokunda səkkizinci yeri tutub. 2021-ci il mövsümündə isə komanda xal qazana bilməyib.





Formula-1