22 oktyabr 2024. Çərşənbə axşamı

Formula 1: Azərbaycan Qran-Prisi üçün biletlər ən çox bu ölkələrdən alınıb


  • Formula-1
  • 22:16 11.01.2023
  • Oxunma sayı: 262
Formula 1: Azərbaycan Qran-Prisi üçün biletlər ən çox bu ölkələrdən alınıb

2023-cü il Formula 1 Azərbaycan Qran-Prisi üçün biletləri hazırda 60-a yaxın fərqli ölkədən olan azarkeşlər əldə edir.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Qeyd edilib ki, ilk üçlükdə Niderland, Böyük Britaniya və Türkiyə yer alır. Bilet sahibləri arasında Niderland, Böyük Britaniya, Türkiyə, Qazaxıstan, Hindistan, Amerika Birləşmiş Ştatları, Meksika kimi ölkələrin azarkeşləri üstünlük təşkil edir.

Qeyd edilib ki, biletlər dekabrın 15-dən satışdadır və bilet satışı yarışa qədər davam edəcək. Bildirilib ki, bu erkən (early bird) bilet satışıdır və hal-hazırda biletlər 20 faizlik endirimlə təklif olunur. Azarkeşlər bu endirim fürsətindən yalnız 15 yanvar tarixinədək faydalana biləcəklər.

Ənənəvi “early bird” kampaniyası dövründə ayaqüstü biletlər 40 manatdan 120 manatadək, tribuna biletləri 160 manatdan 690 manatadək, azyaşlılar üçün 110 manatdan 480 manatadək dəyişir.

Qeyd edək ki, 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi 28–30 aprel tarixlərində keçiriləcək.(trend)







Formula-1