22 oktyabr 2024. Çərşənbə axşamı

Formula 1 komandalarının büdcələri məlum oldu


  • Formula-1
  • 16:34 21.02.2023
  • Oxunma sayı: 171
Formula 1 komandalarının büdcələri məlum oldu

Yeni mövsüm ərəfəsində Formula 1 komandalarının büdcələri məlum olub.

Corner.Az xəbər verir ki, Mühəndislər kubokunun son qalibi “Red Bull” digər komandalardan daha yüksək imkana sahibdir. Avstriya komandası yeni mövsümdə 400 milyon dollarlıq büdcə ilə mübarizəyə başlayacaq. İkinci pillədə 380 milyon dollarla “Mercedes” yer alıb. Üçüncü yerdə qərarlaşan “Ferrari”nin isə 375 milyon dollarlıq büdcəsi var.

Çempionatda ən az büdcəyə malik komanda “Haas”dır. ABŞ təmsilçisi 150 milyon dollarlıq ehtiyata malikdir. Bütün bunlara baxmayaraq, maliyyə limiti qaydalarına görə, Formula 1 komandaları yeni mövsümdə maksimum 154 milyon dollar vəsait xərcləyə bilərlər.







Formula-1