22 oktyabr 2024. Çərşənbə axşamı

Formula 1: Bakıda daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq


  • Formula-1
  • 13:48 22.04.2023
  • Oxunma sayı: 148
Formula 1: Bakıda daha iki yol nəqliyyatın hərəkətinə bağlanacaq

Bakıda daha iki yol "Formula 1" üzrə Azərbaycan Qran Prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Bu barədə Corner.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton bariyerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 28-30 aprelə təsadüf edəcək.







Formula-1