22 oktyabr 2024. Çərşənbə axşamı

Formula 1: Azərbaycan qran-prisinin bütün biletləri satıldı


  • Formula-1
  • 20:51 24.04.2023
  • Oxunma sayı: 263
Formula 1: Azərbaycan qran-prisinin bütün biletləri satıldı
Formula 1 üzrə Azərbaycan qran-prisinin bütün biletləri satılıb. Corner.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) məlumat verilib.
 
Bildirilib ki, “Gözlənilməzə hazır ol” şüarı ilə keçirilən və Azərbaycanın yeddinci dəfə ev sahibliyi edəcəyi Azərbaycan qran-prisinə bütün tribuna biletləri alınıb.
 
Budəfəki yarışda rekord sayda - dünyanın 100-dən çox fərqli ölkəsindən azarkeşlərin iştirak edəcəyi gözlənilir.
 
Aprelin 28-də, cümə günü start götürəcək Azərbaycan qran-prisi bu il ilk dəfə olaraq sprint yarışına da ev sahibliyi edəcək. F1 təqviminin ən sürətli şəhər yarışlarından hesab olunan Azərbaycan qran-prisi bazar günü baş tutacaq.






Formula-1