- Formula-1
- 19:43 04.12.2025
“Formula-1” Las-Veqas Qran-prisinin ilk məşqi ləğv edilib.
90deqiqe.az RİA Novosti-yə istinadən xəbər verir ki, “Formula-1” üzrə Las-Veqas Qran-prisinin ilk məşqi başlandıqdan cəmi 20 dəqiqə sonra qırmızı bayraqlarla dayandırılıb və yekunda tamamilə ləğv edilib.
Məşq prosesinin ləğvinə səbəb kimi düzlüklərdən birində qapağı yaxşı bağlanmayan kanalizasiya lüku səbəb olub. Lük fransalı sürücü Esteban Okonun və “Ferrari”nin təmsilçisi Karlos Saynsın bolidinə ziyan vurub.
Bundan sonra yarışın rəhbərliyi yolun təhlükəsizliyinə təminat verə bilməyib və onun yenidən yoxlanılmasını tələb edib. Bakı vaxtı ilə saat 12:00-da başlamalı olan ikinci məşqlər də qeyri-müəyyən vaxta qədər təxirə salınıb...