- Formula-1
- 19:43 04.12.2025
Formula 1-də 2023-cü il mövsümü noyabrın 26-da Abu Dabi Qran Prisi ilə başa çatıb.
90deqiqe.az xəbər verir ki, yarışa poul mövqedən başlayan “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen mövsümdə 19-cu yarış qələbəsini əldə edib.
Abu Dabi Qran Prisindən sonra Formula 1-də 2023-cü il mövsümü başa çatdı. Red Bull-un 3 qat dünya çempionu pilotu Maks Ferstappen mövsümü 5 rekordla başa vurdu.
23 yarışdan ibarət təqvimdə 19 dəfə qalib gələn Maks Ferstappen bir mövsümdə ən çox yarışı qazanan oldu. Mövsümün 6-cı oyunu olan Emiliya-Romanya Qran Prisi əlverişsiz hava şəraiti səbəbindən ləğv edilib.
Bu sahədə 575 xalla rekorda sahib olan hollandiyalı pilot, ən çox podiuma çıxan və ən çox liderlik edən pilot ünvanını da qazanıb.
Ferstappen həm də ən çox ardıcıl yarışlarda qalib gələn pilot rekorduna sahibdir.