5 dekabr 2025. Cümə

Maks Ferstappen bu mövsüm 70 milyon dollar qazanıb – SİYAHI

Forbes jurnalı ən çox pul qazananların siyahısını tərtib edib.


  • Formula-1
  • 16:36 01.12.2023
  • Oxunma sayı: 281
Maks Ferstappen bu mövsüm 70 milyon dollar qazanıb – SİYAHI

Forbes jurnalı ən çox pul qazananların siyahısını tərtib edib.

90deqiqe.az nüfuzlu “Forbes” nəşrinə istinadən xəbər verir ki, “Formula 1” pilotlarının 2023-cü il mövsümündəki gəlirlərini maaş və bonuslar nəzərə alınmaqla hesablanıb. Nəşrin qiymətləndirilməsi maliyyə və hüquqi sənədlərə, mətbuat hesabatlarına və sənaye insayderləri ilə söhbətlərə əsaslanıb. Hesablamalara görə, Red Bull pilotu, dünya çempionu Maks Ferstappen ən çox gəlir əldə edən sürücüdür. Mercedes-dən Lyuis Hamilton və Aston Martin-dən Fernando Alonso da isə ilk üçlükdə yer alıb .

 

Forbes-a görə 2023-cü il mövsümündə ən çox dollar qazanan pilotlar.

1. Maks Verstappen (Red Bull) – 70 milyon dollar (45 milyon + 25 milyon dollar);

2. Lyuis Hamilton (Mercedes) - 55 milyon dollar (55 milyon dollar + 0 dollar);

3. Fernando Alonso (Aston Martin) - 34 milyon dollar (24 milyon + 10 milyon dollar);

4. Serxio Peres (Red Bull) - 26 milyon dollar (10 milyon + 16 milyon dollar);

5. Şarlz Lekler (Ferrari) - 19 milyon dollar (14 milyon + 5 milyon dollar);

6. Lando Norris (McLaren) - 15 milyon dollar (5 milyon + 10 milyon dollar);

7. Karlos Sayns (Ferrari) - 14 milyon dollar (8 milyon + 6 milyon dollar);

8. Corc Rassel (Mercedes) - 9 milyon dollar (4 milyon + 5 milyon dollar);

9-10. Pyer Qasli (Alpin) - 8 milyon dollar (5 milyon + 3 milyon dollar);

9-10. Oskar Piastri (McLaren) - 8 milyon dollar (3 milyon + 5 milyon dollar).







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”