- Formula-1
- 19:43 04.12.2025
“Aston Martin” komandasının ikiqat dünya çempionu, ispaniyalı Fernando Alonso Formula 1 mövsümünün nəticələrinə münasibət bildirib.
90deqiqe.az “Racingnews365”-ə istinadən xəbər verir ki, Alonso “Mercedes”, “Ferrari” və bu səviyyədə mübarizə aparmağa öyrəşmiş digər top-komandalarla rəqabətə hazır olmadığını etiraf edib: “Mən çox müsbət şeylər görürəm. Bütün çətinliklər işimizin bir hissəsidir, mən də bu komandanın fəaliyyətinin bir hissəsiyəm. Düşünürəm ki, mövsümə çox yaxşı başladıq və avtomobil təəccüblü dərəcədə rəqabətli idi. Düzünü desəm, bu, hətta özümüzü də təəccübləndirdi. Biz “Mercedes”, “Ferrari” və bu səviyyədə mübarizə aparmağa öyrəşmiş digər top-komandalarla döyüşməyə hazır olmadığımızı düşünürəm. Mövsüm boyu avtomobil inkişafı baxımından bir az geri çəkilmişik, hələ ki, ən yüksək səviyyədə deyilik. Buna görə də, mövsümün sonuna kimi daha az rəqabətədavamlı olduq”.
Qeyd edək ki, “Aston Martin” Konstruktorlar Çemmpionatında 2-ci yerdən 5-ci pilləyə düşüb.