28 iyun 2026. Bazar günü

Məşhur pilot Qala gecəsinin Bakıya salınmasından gileyləndi

“Mercedes”in sürücüsü Lyuis Hemilton Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Azərbaycanın paytaxtı Bakıda Qala mərasimi keçirmək qərarından narazıdır.


  • Formula-1
  • 23:19 08.12.2023
  • Oxunma sayı: 201
Məşhur pilot Qala gecəsinin Bakıya salınmasından gileyləndi

“Mercedes”in sürücüsü Lyuis Hemilton Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Azərbaycanın paytaxtı Bakıda Qala mərasimi keçirmək qərarından narazıdır.

90deqiqe.az xəbər verir ki, 38 yaşlı Hemilton bu barədə “Crash.net” portalına deyib.

“Mən Bakını çox bəyənirəm, gözəl yerdir, amma görəsən, FİA ətraf mühit haqqında fikirləşibmi: bura çox adam uçub, federasiyanın özü Parisdədir, ona görə də orada keçirmək yaxşı olardı.

Amma Bakı gözəl şəhərdir, biz hamımız birlikdə maraqlı axşam keçirəcəyimizə inanıram, il ərzində yollarımız kəsişməyən idmançılarla görüşəcəyik”.

Qeyd edək ki, 2019-cu ildən FIA-nın mükafatlandırma mərasimi Avropada – Paris, Cenevrə və Bolonyada keçirilir. Bakı ilk dəfə olaraq tədbirə ev sahibliyi edəcək.







Formula-1