22 oktyabr 2024. Çərşənbə axşamı

Keçmiş “Formula-1” pilotu karyerasını başa vurdu

Keçmiş “Formula-1” pilotu karyerasını başa vurduğunu açıqlayıb


  • Formula-1
  • 18:23 16.12.2023
  • Oxunma sayı: 102
Keçmiş “Formula-1” pilotu karyerasını başa vurdu

Keçmiş “Formula-1” pilotu niderlandlı Qido van der Qarde karyerasını başa vurduğunu açıqlayıb. Son illərdə van der Qarde Dünya Dözümlülük Çempionatında (WEC) və Amerika IMSA Seriyasında yarışıb.

90deqiqe.az "Championat.com"a istinadən xəbər verir ki, Qido van der Qarde bu fikirləri səsləndirib.

“Yarış, xüsusən də ABŞ-də çox vaxt aparır. Niderlandda öz biznesim var, ailəm var: həyat yoldaşım və üç övladım. Bəli, bəlkə də, yaş özünü hiss etdirir. Baxdım ki, o qədər də sürətli deyiləm, reaksiyam sönükdür. 2024-cü ildə bütün diqqətimi ailəmə, biznesimə və televiziya işimə yönəltmək istəyirəm”, - deyə van der Qarde bildirib.







Formula-1