22 oktyabr 2024. Çərşənbə axşamı

Finlandiyalı pilotdan tarixi etiraf

“Zauber”in finlandiyalı pilotu Valtteri Bottas beş il ərzində keçmiş komanda yoldaşı Lyuis Hemiltonla bərabər mübarizə apara bilmədiyini etiraf edib.


  • Formula-1
  • 19:23 27.12.2023
  • Oxunma sayı: 100
Finlandiyalı pilotdan tarixi etiraf

“Zauber”in finlandiyalı pilotu Valtteri Bottas beş il ərzində keçmiş komanda yoldaşı Lyuis Hemiltonla bərabər mübarizə apara bilmədiyini etiraf edib.

90deqiqe.az “Motorsport”a istinadən xəbər verir ki, 34 yaşlı pilot bu etirafım bir sürücü üçün çətin olduğunu bildirib.

“İnkar vəziyyətində olmaq lazım idi. Demək olar ki, beş il bunu inkar etdim, çünki hər il titul uğrunda mübarizə aparmaq istəyirdim. Özümə inanmalıydım. Yalnız keçən il etiraf etdim ki, mövsüm boyu bərabər avtomobillərdə onu ötmək həqiqətən çətin idi. Bir sürücü üçün bunu etiraf etmək çətindir”

Qeyd edək ki, Bottas 2017-2021-ci illərdə “Mercedes”də çıxış edib, daha sonra “Alfa Romeo”ya keçib. 







Formula-1