- Formula-1
- 19:17 29.01.2025
Formula 1-in yeddiqat çempionu, “Mercedes”in britaniyalı pilotu Lyuis Hemilton sosial şəbəkələrdə növbəti paylaşım edib.
90deqiqe.az xəbər verir ki, 38 yaşlı pilotçu paylaşımında meydan oxumağın vaxtı olduğunu bildirib.
“2024-cü il.Bu, yavaşlamağın vaxtı deyil. Yanvar enerji ayıdır və mən sürəti artırmaq üçün əlimdən gələni edirəm. Bu, özünüzə meydan oxumaq və arxasınca getmək vaxtıdır.”
Qeyd edək ki, sonuncu Formula 1 mövsümünün yekununda Hemilton 234 xal toplayaraq ümumi sürücülər sıralamasında üçüncü yerdə qərarlaşıb. Avstriyanın “Red Bull” komandasından Maks Ferstappen çempion olub