27 iyul 2024. Şənbə

F1-də 2024-cü il üçün ən bahalı beş sponsorluq müqaviləsi məlum olub


  • Formula-1
  • 17:20 20.01.2024
  • Oxunma sayı: 99
F1-də 2024-cü il üçün ən bahalı beş sponsorluq müqaviləsi məlum olub

90deqiqe.az xəbər verir ki, "Racingnews365" Formula 1 komandalarının 2024-cü il mövsümü üçün ən bahalı beş sponsorluq müqaviləsini təqdim edib. Reytinqin açıq məlumatlar, marketoloqlar və komanda nümayəndələri ilə söhbətlər əsasında tərtib edildiyi vurğulanır.

Ən bahalı sponsorluq müqaviləsi proqram təminatı şirkəti olan Oracle ilə hazırkı Konstruktorlar Çempionatının sahibi Red Bull arasında bağlanan müqavilə olub. Bu sövdələşmənin məbləği 90 milyon dollar qiymətləndirilir.Qeyd edək ki, ilk beş ən böyük müqaviləyə Avstriya komandasının iştirak etdiyi daha bir əməliyyat daxildir.

Tam siyahı belə görünür:

1. Oracle - Red Bull - 90 milyon dollar
2. Aramco - Aston Martin - 75 milyon dollar
3. Petronas - Mercedes - 70 milyon dollar 4.
Pay - 50 milyon dollar
5. Bybit - Red Bull - 40 milyon dollar.







Formula-1