27 iyul 2024. Şənbə

"Haas Şumaxerin adından istifadə etdi"

"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun əfsanəvi çempion Mixael Şumaxerin oğlu Mik Şumaxerin Amerikanın Haas komandasından qovulmasından danışıb.


  • Formula-1
  • 23:52 22.01.2024
  • Oxunma sayı: 83
"Haas Şumaxerin adından istifadə etdi"

"Formula 1"in keçmiş rəhbəri Berni Ekklstoun əfsanəvi çempion Mixael Şumaxerin oğlu Mik Şumaxerin Amerikanın Haas komandasından qovulmasından danışıb.

90deqiqe.az xəbər verir ki, o, Şumaxerin səhv komanda da olduğunu bildirib.

“Mik Şumaxer yanlış insanlarla səhv komandada idi. Haas onun adından istifadə edib. Onlar heç vaxt onun nə qədər yaxşı və ya pis olması ilə maraqlanmayıblar”

Mik Şumaxer 2020-ci il mövsümünün Formula 2 çempionudur. O, 2021-ci ildə Haas üçün Formula 1-də debüt etdi və bir çempionluq xalı qazanmadan yalnız 19-cu yeri tutdu. 2022-ci ildə Şumaxer 16-cı oldu, bundan sonra işdən çıxarıldı.

Müsahibənin əvvəlində Ekklstoun on illik işdən sonra yanvarda komandanı tərk edən Haas-ın keçmiş rəhbəri Günter Ştayneri tənqid edib.







Formula-1