- Formula-1
- 19:43 04.12.2025
Yeddiqat dünya çempionu Lyuis Həmiltonun "Ferrari"yə keçdikdən sonra nə qədər qazanacağı məlum olub.
90deqiqe.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Mənbənin məlumatına görə, britaniyalı sürücü Ferrari ilə mövsümdə 50 milyon avro qazanacaq. Həmçinin bildirilir ki, məbləğ mütləq Həmiltonun Mercedes sürücüsü olaraq illik qazancından az olacaq.
Bir gün əvvəl, fevralın 1-də Hamiltonun 2024-cü ilin sonunda "Mercedes"i tərk edəcəyi və 2025-ci il mövsümündən etibarən İtaliya komandasını təmsil edəcəyi məlum olub. Son Formula 1 mövsümünün yekununda Lyuis 234 xal toplayaraq ümumi sürücülər sıralamasında üçüncü yeri tutub. "Red Bull"dan Maks Ferstappen vaxtından əvvəl çempion olub.