5 dekabr 2025. Cümə

Mercedes-in rəhbəri :  "Əgər biz onu aldatmağa başlasaq...."


  • Formula-1
  • 21:41 02.02.2024
  • Oxunma sayı: 177
Mercedes-in rəhbəri :  "Əgər biz onu aldatmağa başlasaq...."

Mercedes-in rəhbəri Toto Volf komandanın yetirməsi olan italiyalı Andrea Kimi Antonellinin yeddiqat dünya çempionu britaniyalı Lyuis Hamiltonu əvəz edə biləcəyi sualını cavablandırıb 

90deqiqe.az “The Race”ə istinadən xəbər verir ki, rəhbər bu sözləri söyləyib. 

“O, gənc proqramdadır və çox uğurlu karyerası olub. Əgər biz onu aldatmağa və şayiələr yaratmağa başlasaq, bu, F2-də ona kömək etməyəcək. O, bir neçə il əvvəl kartinqdən təqaüdə çıxdı və hələ 18 yaşı yoxdur. İndiki mərhələdə Kiminin Formula 1-ə keçidi ilə bağlı spekulyasiya etmək istəməzdim”

Daha əvvəl məlum olmuşdu ki, Lyuis Hamilton 2024-cü il mövsümünün sonunda Mercedes-i tərk edərək Ferrari sürücüsü olacaq, onun ortağı isə Şarlz Lekler olacaq. Həmçinin bildirilir ki, britaniyalının Ferrari-dəki ümumi gəliri ildə 100 milyon dollara qədər artacaq. Qeyd edək ki, İtaliya komandasına keçid zamanı Həmiltonun 40 yaşı olacaq.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”