27 iyul 2024. Şənbə

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı proqramına start verilib


  • Formula-1
  • 09:50 05.02.2024
  • Oxunma sayı: 75
Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı proqramına start verilib

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) 13-15 sentyabr 2024-ci il tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisinin marşal qeydiyyatı proqramına start verdi.

Paytaxt Bakının mərkəzi küçələrində bu möhtəşəm idman tədbirinin uğurla baş tutmasında birbaşa öz töhfəsini vermək istəyən və yaşayış yerindən asılı olmayaraq yaşı 21-dən çox olan hər kəs marşal proqramına qoşula bilər. Proqrama cəlb ediləcək marşallar 2024 Formula 1 Azərbaycan Qran Prisinin əvəzolunmaz bir hissəsi olmaq, eyni zamanda Formula 1 yarışının həyəcanını trekə ən yaxın məsafədən yaşamaq imkanına sahib olacaqlar.

Formula 1 yarış həftəsonunu uğurla başa çatdıran hər bir marşala Azərbaycan Avtomobil Federasiyasının təqdim etdiyi Beynəlxalq Avtomobil Federasiyası (FİA) tərəfindən qəbul olunmuş beynəlxalq lisenziya təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, təkcə Azərbaycanda deyil, Formula 1 Qran Prisi və digər avto idman yarışlarına ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

Marşal proqramı haqqında ətraflı məlumatı Bakı Marşal Klubunun rəsmi "Facebook" səhifəsindən əldə edə bilərsiniz. Eyni zamanda klubun "Facebook" səhifəsinə yaxud [email protected] ünvanına məktub yazaraq marşal fəaliyyəti barəsində Sizi maraqlandıran bütün suallara cavab tapmaq mümkündür.

Qeydiyyat üçün link: 
http://marshals.bakucitycircuit.com

 







Formula-1