27 iyul 2024. Şənbə

Verstappen haqqında sənədli film nümayiş olunacaq


  • Formula-1
  • 09:47 12.02.2024
  • Oxunma sayı: 98
Verstappen haqqında sənədli film nümayiş olunacaq

"Viaplay" platforması üçqat dünya çempionu və "Red Bull" pilotu, hollandiyalı Maks Verstappen haqqında yeni sənədli film nümayiş etdirəcək.

90deqiqe.Az xəbər verir ki, premyera yeni Red Bull avtomobilinin təqdimatı günü, fevralın 15-də baş tutacaq.

“On the Unskirts” (ingilis dilindən. Off the Beaten Track) adlanacaq serialda Verstappenin idmandan kənar hobbilərindən bəhs ediləcək, cəmi 30 dəqiqəlik üç bölüm nümayiş olunacaq.

“Viaplay ilə serial üzərində işləmək inanılmaz bir səyahət oldu. Serial tamaşalar zamanı tez-tez görünməyən tərəfi göstərir. Orada mənim həyatımı, avtomobil idmanına olan sevgimi və məni ruhlandıran insanları görə bilərsiniz”, - deyə onun rəsmi saytının mətbuat xidməti Verstappendən sitat gətirir.







Formula-1