27 iyul 2024. Şənbə

“Mercedes” 2024-cü il avtomobilinin tizerini nümayiş etdirib - FOTO


  • Formula-1
  • 21:07 12.02.2024
  • Oxunma sayı: 104
“Mercedes” 2024-cü il avtomobilinin tizerini nümayiş etdirib - FOTO

Formula 1 çempionatının “Mercedes” komandası fevralın 14-nə baş tutacaq 2024-cü ilin maşını - “W15”in fotosunu dərc edib.

Xatırladaq ki, yeddiqat dünya çempionu britaniyalı Lyuis Həmiltonun 2024-cü il mövsümünün sonunda Mercedes-i tərk edərək Ferrari sürücüsü olacağı, moneqasklı Çarlz Leklerin isə onun tərəfdaşı qismində çıxış edəcəyi daha əvvəl məlum olmuşdu.

KİV-in məlumatına görə, britaniyalının "Ferrari"dəki ümumi gəliri ildə 100 milyon dollara qədər artacaq. Qeyd edək ki, İtaliya komandasına keçid zamanı Həmiltonun 40 yaşı olacaq.

“The Race”in məlumatına görə, Həmiltonun yerinə əsas namizəd 2024-cü ili Formula 2-də keçirməyə hazırlaşan Mercedes komandasının kiçik 17 yaşlı italiyalı Andrea Kimi Antonellidir.







Formula-1