27 iyul 2024. Şənbə

Rassel Formula1-in yeni mövsümü haqqında danışıb


  • Formula-1
  • 12:35 15.02.2024
  • Oxunma sayı: 128
Rassel Formula1-in yeni mövsümü haqqında danışıb

"Mercedes" komandasının sürücüsü Corc Rassel qarşıdan gələn Formula 1 mövsümü ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, 26 yaşlı pilot yeni mövsümdə hər kəsin həyəcanlı və motivasyalı olduğunu bildirib.

“Son iki il komanda üçün çətin oldu. Ardıcıl səkkiz konstruktorlar çempionatından sonra 2022-ci ildə üçüncü yer sürpriz oldu. Biz maşını başa düşmədik və qarşılaşdığımız problemləri həll etmək çox vaxt apardı.

Biz komanda olaraq çox şey öyrəndik, nəqliyyat vasitələrimizi inkişaf etdirdik, simulyatorlarla real avtomobil təcrübəsi arasında daha yaxşı əlaqəmiz var.

İçimizdə bir od yanır. Hər kəs çox həyəcanlı və motivasiyalıdır. İnanıram ki, hər şey yaxşı olacaq”, - BBC Rasselin sözlərindən sitat gətirir.

Lyuis Həmilton daha əvvəl Almaniya komandasının tərkibində sonuncu olacaq qarşıdan gələn Formula 1 mövsümü üçün motivasiyasından danışmışdı.







Formula-1