22 oktyabr 2024. Çərşənbə axşamı

Alonso və "Aston Martin" arasında bağlanmış müqavilənin - ŞƏRTİ ÜZƏ ÇIXDI


  • Formula-1
  • 20:44 11.04.2024
  • Oxunma sayı: 103
 Alonso və "Aston Martin" arasında bağlanmış müqavilənin   - ŞƏRTİ ÜZƏ ÇIXDI

İspan sürücü Fernando Alonso və "Aston Martin" arasında yeni anlaşmanın təfərrüatları məlum olub.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, uzadılmış müqavilə 2026-cı il daxil olmaqla qüvvədə olacaq.

Alonso hazırda 55 xalla ümumi sürücülər sıralamasında dördüncü yerdədir. Birinci yeri Red Bull-dan Maks Ferstappen (77 xal) tutur. Son Formula 1 mövsümünün yekununda Alonso 206 xal toplayaraq ümumi sürücülər sıralamasında dördüncü yeri tutub.

Daha əvvəl Fernandonun Britaniya komandasını tərk edə biləcəyi bildirilirdi. Xüsusilə, onun karyerasını davam etdirməsi üçün mümkün variantlar kimi Red Bull və Mercedes-in adı çəkilib.







Formula-1