27 iyul 2024. Şənbə

Maks Verstappen Çin Qran Prisinin sprint yarışında qazandığı qələbəni şərh etdi


  • Formula-1
  • 10:26 20.04.2024
  • Oxunma sayı: 77
Maks Verstappen Çin Qran Prisinin sprint yarışında qazandığı qələbəni şərh etdi

"Red Bull"un holland pilotu Maks Verstappen Formula 1 Çin Qran Prisinin sprint yarışında qazandığı qələbəni şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, o, bu qələbənin çox çətin qazandığını bildirib.

“İlk bir neçə dövrə olduqca xaotik keçdi. Qabaqdakı uşaqlar güclü hücumlar edirdilər və mənim arxamda Carlos təzə təkər dəstində idi, ona görə də onu geridə qoymaq çox çətin idi. Sonra yarış irəlilədikcə gücləndik, maşının balansı baxımından özümü daha rahat hiss etdim və təkərlərin vəziyyətinə nəzarət edə bildim. Mən çox məmnunam”, - deyə Verstappen yarışın bitməsindən sonra bildirib.

Formula 1. Çin Qran Prisi. Sprint.

1. Maks Verstappen (Red Bull) - 19 dövrə.
2. Lyuis Həmilton (Mercedes) +13.043.
3. Serxio Peres (Red Bull) +15,258.
4. Çarlz Lekler (Ferrari) +17,486.
5. Karlos Sayns (Ferrari) +20,696.
6. Lando Norris (McLaren) +22.088.
7. Oskar Piastri (McLaren) +24,713.
8. Corc Rassel (Mercedes) +25.696.
9. Quanyu Çjou (“Kik-Sauber”) +31.951.
10. Kevin Maqnussen (Haas) +37,398.
11. Daniel Rikkardo (RB) +37,840.
12. Valtteri Bottas (Kik-Sauber) +38,295.
13. Esteban Okon (Alpin) +39.841.
14. Lance Stroll (Aston Martin) +40.299.
15. Pyer Qasli (Alpin) +40,838.
16. Yuki Tsunoda (“RB”) +41.870.
17. Alexander Albon (Williams) +42.998.
18. Loqan Sargent (Williams) +46.352.
19. Niko Hülkenberq (Haas) +49,630.
20. Fernando Alonso (Aston Martin) - təqaüdçü.







Formula-1