20 may 2024. Bazar ertəsi

F-1 “Apex” filminin büdcəsi 300 milyon dolları ötüb - FOTOLAR


  • Formula-1
  • 23:33 08.05.2024
  • Oxunma sayı: 87
F-1 “Apex” filminin büdcəsi 300 milyon dolları ötüb - FOTOLAR

Bred Pittin baş rolda çəkildiyi Formula 1 "Apex" filminin büdcəsi 300 milyon dolları keçib.

90deqiqe.Az  xəbər verir ki, bu barədə kinojurnalist Metyu Belloni yazıb.

Məlumata görə, buna Hollivudda tətillər səbəbindən çəkilişlərin təxirə salınması, həmçinin Formula 1 həftəsonları zamanı müxtəlif yarış meydanlarında çəkiliş yerlərinin dəyişdirilməsi ilə bağlı bahalı iş qrafiki səbəb olub.

Film gələcək sürücünün uğur qazanmasına kömək etmək üçün avtoidmana qayıdan bir yarış sürücüsündən bəhs edir. Filmdə Bred Pittdən başqa, Damson İdris, Xavyer Bardem, Kerri Kondon və başqaları da çəkilib. Ən kiçik 6K kamera xüsusi olaraq film üçün yaradılıb və burada yarışçıların emosiyaları avtomobilin kokpitində lentə alınıb.

Filmin məsləhətçisi yeddiqat Formula 1 çempionu Lyuis Həmilton olub.

Çəkilişlər Silverstounda keçən ilki Britaniya Qran Prisinin həftəsonunda aparılıb.







Formula-1