- Formula-1
- 13:08 07.10.2024
“Formula 1”in yeddiqat çempionu “Mercedes” pilotu Lyuis Həmilton “Sunday Times”ın Britaniyanın ən varlı adamları siyahısına daxil edilib.
90deqiqe.Az xəbər verir ki, Lyuis Həmilton bu reytinqdə 350-ci yeri tutub, onun sərvəti 350 milyon funt sterlinq (440 milyon dollar) qiymətləndirilir.
Lyuis Həmilton nüfuzlu reytinqin ilk 350-liyində yeganə aktiv idmançıdır. Lakin o, Formula 1 ilə əlaqəli yeganə deyil. Həmiltondan qat-qat zəngin keçmiş F1 rəhbəri Berni Ekklstoundur. O və ailəsi reytinqdə 92-ci yerdə qərarlaşıb və onların sərvəti təxminən 2,5 milyard dollar qiymətləndirilir.
Həmilton həm də Britaniyanın 40 yaşdan aşağı 40 ən zəngin adamı siyahısında 9-cu yerdədir.
Həmiltonun sərvəti 2025-ci ildə "Ferrari"yə keçdikdə yüksələ bilər.
Böyük Britaniyanın ən varlı adamı 48 ölkədə və demək olar ki, onlarla sənayedə şirkətlər qrupunun sahibi Qopi Hinducadır. Onun ailəsinin sərvəti 47 milyard dollar qiymətləndirilir.