- Formula-1
- 23:21 29.11.2024
"Ferrari", Formula - 1-də tarixi ödənişlərini 2026-cı ildən etibarən məhdudlaşdıracaq.
90deqiqe.Az "Motorsport"a istinadən xəbər verir ki, bu, Formula - 1 komandaları ilə" Liberty Media" arasında müzakirə olunan yeni saziş şərtlərinin bir hissəsidir.
Hazırda," Ferrari" əlavə tarixi bonus əldə edən tək komandadır və əlavə bonus, mükafat fondunun ən azı 5% -i qədər olur. Lakin yeni saziş şərtlərinə görə, bu bonus məbləği artıq maksimum 5% olaraq məhdudlaşdırılacaq.
Bu dəyişikliklər, Formula 1-də komandalar arasında bərabərliyin təmin edilməsinə yönəlmişdir.