16 iyun 2024. Bazar günü

Karlos Sayns "oturacaq"sız qalacaq?


  • Formula-1
  • 22:57 23.05.2024
  • Oxunma sayı: 45
Karlos Sayns "oturacaq"sız qalacaq?

F1 pilotu Karlos Saynsın 2025-ci il üçün "Mersedes" ilə bağlı ümidlərinin azalmasına baxmayaraq, o, qərar vermək üçün özünə kifayət qədər vaxt verəcəyini bildirib.

90deqiqe.Az "PlanetF1"-ə istinadən xəbər verir ki, Sayns, yeddi dəfə Dünya Çempionu olan Lyuis Hemiltonun növbəti mövsümdən "Ferrari" ilə çoxillik müqavilə imzalayacağını açıqlamasından sonra 2025-ci il üçün hələ də özünə oturacaq tapa bilməyib. 

İspan pilotun adının "Mercedes" ilə yanaşı, "Red Bull" və 2026-cı ildə mövcud "Sauber" komandasının nəzarətini ələ alacaq "Audi" ilə də hallandığı məlumdur və ona üç illik müqavilə təklif etdikləri deyilir.

Məlumata görə, Sayns "Mercedes" ilə tez bir razılaşma əldə etmək istəsə də, komanda, Hemiltonun varisi kimi Maks Verstappenin vəziyyətini izləməyə üstünlük verib. 







Formula-1