- Formula-1
- 23:21 29.11.2024
"Mercedes" komandasının sürücüsü Corc Russel Monako Qran Prisində cümə günü məşq edərkən W15-də baş verən güclü vibrasiyadan danışıb.
90deqiqe.Az "Crash"a istinadən xəbər verir ki, ikinci məşqdə pilot, vibrasiya olduğu üçün sükanı saxlaya bilmədiyini radio vasitəsilə komandaya deyib.
O, yarışların sonunda problemlə bağlı daha ətraflı danışıb:
“Əyləci basan kimi hər şey silkələndi. Nə baş verdiyini bilmirəm. Qorilla kimi sükanı bacardığım qədər möhkəm tutmağa çalışdım. Ancaq titrəməyə davam edirdi. Belə bir trasda yaxşı çıxış etmək üçün inam lazımdır, amma bu problem bizi geridə saxlayırdı. Ümumilikdə, avtomobil yaxşı çıxış etdi. İlk məşqdə biz üçüncü olduq, sonra Lyuis (Hemilton) ikinci oldu. Görünür, yaxşı işləyir. Lakin Çarlz (Lekrel) çox irəlidədir”.
Corc Russell ikinci məşqdə Lyuis Hemiltondan 0,8 saniyə geri qalaraq 10-cu ən sürətli olub.