- Formula-1
- 23:21 29.11.2024
Hemilton bir komandada ən sürətli dövrələrin sayına görə Mixael Şumaxeri üstələyir.
90deqiqe.Az xəbər verir ki, "Mercedes"i təmsil edən yeddiqat Formula 1 çempionu Lyuis Hemilton bir komandada ən sürətli dövrələrin sayında birinci yeri tutub. Bu göstəricidə o," "Royal Races"in daha bir yeddiqat çempionu Mixael Şumaxeri ötüb. Hazırda britaniyalının bir komandada 54, almaniyalının isə 53 ən sürətli dövrəsi var.
Qeyd edək ki, bir komandada ən sürətli dövrələrin sayında üçüncü yerdə üçqat Formula 1 çempionu," Red Bull" pilotu Maks Verstappen (32), dördüncü yerdə ikiqat Formula 1 çempionu Cim Klark (28) qərarlaşıb. və ilk 5-liyi ikiqat Formula 1 çempionu Mika Hakkinen (25) bağlayır.