20 iyun 2024. Cümə axşamı

Toto Volf: “Həmilton qalacağını dedi, amma sonra getməyə qərar verdi”


  • Formula-1
  • 14:23 30.05.2024
  • Oxunma sayı: 53
Toto Volf: “Həmilton qalacağını dedi, amma sonra getməyə qərar verdi”

Formula 1 üzrə “Mercedes” komandasının avtoyürüş proqramının rəhbəri Toto Volf komanda sürücüsü Lyuis Həmiltonun “Ferrari”yə keçmə qərarı ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Qalacağını dedi və sonra getməyə qərar verdi. Amma insanların fikirləri dəyişir, şərait dəyişir və buna hörmət edilməlidir. Sabah, bugünkü fikir fərqli ola bilər və mən incimirəm”, - deyə Volf bildirib.

Xatırladaq ki, Həmilton daha bir mövsüm “Mercedes”də çıxış edəcək, sonra isə “Ferrari”yə keçəcək. İtaliya yığmasının tərkibində yeddiqat Formula 1 çempionunun ümumi gəlirinin ildə 100 milyon dollara yüksələcəyi bildirilir.







Formula-1