29 noyabr 2024. Cümə

Jos Verstappen oğlu haqqında: "Maks yaxşı oğlandır, amma..."


  • Formula-1
  • 20:57 30.05.2024
  • Oxunma sayı: 95
Jos Verstappen oğlu haqqında: "Maks yaxşı oğlandır, amma..."

Üç dəfə Formula 1 çempionu Maks Verstappenin atası Jos Verstappen oğlu haqqında danışıb. 

90deqiqe.Az xəbər verir ki, o, oğlunun xarakterini belə təsvir edib:

“Maks həqiqətən yaxşı oğlandır. Amma dəbilqəsini endirdikdə aslana çevrilir. O, yalnız bir şeyə fokuslanır - qələbəyə. Bu həmişə onun içində olub, kartinqdən bəri. Amma trekdən kənarda mən çox rahat bir oğlan görürəm, sanki heç nə onun üçün əhəmiyyətli deyil.

Maks hələ kartinq yarışlarında olarkən, mən bu barədə narahat idim, amma bu onun hazırlıq üsuludur. O, hər cür şeylərlə diqqətinin yayındırılmasını istəmir. Onun yanaşması “Görəcəyik”dir". 

 







Formula-1