20 iyun 2024. Cümə axşamı

Verstappen Perezin "Red Bull" ilə yeni müqaviləsinə münasibət bildirib


  • Formula-1
  • 13:44 05.06.2024
  • Oxunma sayı: 46
Verstappen Perezin "Red Bull" ilə yeni müqaviləsinə münasibət bildirib

"Red Bull" komandasının sürücüsü Maks Verstappen Serxio Peresin Avstriya komandası ilə yeni müqaviləsi haqda danışıb. 

90deqiqe.Az xəbər verir ki, dünən "Red Bull" Serxionun 2026-cı il daxil olmaqla, onlar üçün oynayacağını açıqlayıb. Verstappen bu keçid haqqında bunları deyib:

“Bu, əla xəbərdir. Peres komanda ilə 2026-cı ilə qədər müqavilə imzalayıb və mən şadam ki, son bir neçə ildə qurduğumuz uğurlu tərəfdaşlığımızı davam etdirə biləcəyik. Keçən il rekord mövsüm keçirdik. Bizim çox güclü komandamız var, ona görə də qarşıdakı iki ildə bu uğurumuzu artırmağı səbirsizliklə gözləyirik”.

Verstappen hazırda 169 xalla ümumi sürücülər sıralamasında birinci, Perez isə 107 xalla beşinci yerdə qərarlaşıb. 







Formula-1