22 oktyabr 2024. Çərşənbə axşamı

"Red Bull" və pilotu cəzalandırıldı


  • Formula-1
  • 19:27 10.06.2024
  • Oxunma sayı: 77
"Red Bull" və pilotu cəzalandırıldı

Kanada Qran Prisində sürücü Serxio Perez və "Red Bull" komandası, yarışdan sonra ciddi cəzalarla üzləşiblər.

90deqiqe.Az xəbər verir ki, Perezin hadisədə cəzalanmasının səbəbi, F1-in İdman Qaydalarının 26.10 maddəsinə zidd gəlməsi olub. Bu maddəyə görə, "əgər bir sürücünün ciddi mexaniki problemləri varsa, o, təhlükəsiz olan kimi yarış trasından ayrılmalıdır."

Red Bull isə sürücüsünə avtomobili geri gətirməsini tapşırdığı üçün bu hadisə ilə bağlı €25,000 məbləğində cəzalanıb. 

Stüardlar videonu, komandanın radiosunu və avtomobildə olan video sübutları nəzərdən keçirərək, İspaniyada keçiriləcək növbəti yarış üçün Peresə üç yerlik grid cəzası veriblər. 

 







Formula-1