- Formula-1
- 17:02 01.11.2024
Keçmiş almaniyalı Formula 1 sürücüsü Mik Şumaxer avtoidmandakı karyerasından və "Royal Racing"ə qayıtmaq arzusundan danışıb.
90deqiqe.Az xəbər verir ki, o, bu haqda "The İndependent"ə açıqlama verib.
“Bəlkə mən öz CV-mi toplayıb müxtəlif ünvanlara göndərərəm. Heç vaxt sirr olmayıb ki, məqsədim başlanğıc nöqtəsinə qayıtmaqdır. Mən dəfələrlə sübut etmişəm ki, titullar qazanmağa qadirəm. Yeganə sual budur ki, mən başqalarının planlarına uyğunlaşa biləcəmmi?"
Xatırladaq ki, Şumaxer "Mercedes" Formula 1 komandasının ehtiyat pilotudur. 2022 Formula 1 mövsümünün sonunda Amerikanın Haas yarış komandasından ayrıldıqdan sonra Alman komandasına qoşulub. "Haas"da Mik döyüş pilotu olub.