26 iyun 2024. Çərşənbə

Kristian Horner: "Mənə qaydaları göstərin və mən iştirak edib-etməməyə qərar verəcəm"


  • Formula-1
  • 11:01 17.06.2024
  • Oxunma sayı: 34
Kristian Horner: "Mənə qaydaları göstərin və mən iştirak edib-etməməyə qərar verəcəm"

"Red Bull" komandasının direktoru Kristian Horner Formula 1-in 2026-cı ildə qüvvəyə minəcək yeni texniki reqlamentləri ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az xarici mətbuata istinadən xəbər verir ki, o, bunları deyib:

“Çətindir, elə deyilmi? Kolin Çapmanın dediyi kimi, mənə qaydaları göstərin və mən iştirak edib-etməməyə qərar verəcəm. Düşünürəm ki, vəziyyət hamı üçün eynidir və bəzi kompromislərə getmək lazım gələcək. Ən əsası, avtomobillərin bir-birindən fərqli olması və eyni görünməməsi üçün kifayət qədər elastiklik təmin etməkdir. İndi ən vacib şey tarazlığı tapmaqdır”. 

Horner əvvəllər komanda sürücüsü Serxio Peresin hazırkı avtomobilə uyğunlaşması üçün daha çox vaxta ehtiyacı olduğunu bildirsə də, meksikalının Barselonadakı İspaniya Qran Prisində yaxşı olacağını gözləyir.







Formula-1