- Formula-1
- 17:02 01.11.2024
Avstriya Formula 1 komandası "Red Bull", "McLaren" və "Ferrari"nin ön qanadının icazə verilmiş normadan çox əyilə biləcəyinə dair şübhələrə görə bu komandaların qanadının legalitasına etiraz etmək istəyir.
90deqiqe.Az "Auto Motor"a istinadən xəbər verir ki, komanda Aston Martindən dəstək istəsə də, Britaniya yarış komandası kömək təklifini geri çəkib.
"Red Bull"un narazılığının səbəbi "McLaren" və "Ferrari"nin qanadının normadan çox əyilə biləcəyi şübhəsidir, bu da hər iki komandaya üstünlük verir.
Əlavə olaraq, "Mercedes" də qanadın alt hissəsinin büküldüyü barədə şübhələrə görə tədqiqatlar aparıb. Amma Almaniya komandası rəqiblərinə qarşı hərəkət etmək əvəzinə, eyni yolla getməyə qərar verib.
Məsələ həll olunmazsa, "Red Bull"da digərlərinin yolunu izləyəcək.