- Formula-1
- 17:02 01.11.2024
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisində sıralama turu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, 10 komandanın mübarizə apardığı yarışda ən yaxşı nəticəni "Ferrari"nin monakolu pilotu Şarl Lekler göstərib.
İkinci yerə "McLaren"in avstraliyalı sürücüsü Oskar Piastri, üçüncü pilləyə isə "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns yiyələnib.
Çempionatın lideri və üçqat çempion Maks Ferstappen altıncı yerdə bitirib.
İkinci yeri tutan britaniyalı Lando Norris birinci təsnifat seqmentində səhvə yol verdi və ikinci seqmentə yüksələ bilməyib, nəticədə 17-ci olub.
Meksikalı Serxio Peres bu mövsüm ilk dəfə seçmə mərhələsində komanda yoldaşı Maks Verstappeni məğlub edib.
Xatırladaq ki, Lekler 2021, 2022 və 2023-cü illərdə də Bakıdakı sıralama turunu da ilk pillədə başa vurub.
Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 15-də yekun vurulacaq.