19 sentyabr 2024. Cümə axşamı

Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar


  • Formula-1
  • 17:13 15.09.2024
  • Oxunma sayı: 36
Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırılıblar

Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisinin qalibi mükafatlandırılıb.

90deqiqe.Az xəbər verir ki, əvvəlcə qalib idmançının və komandanın şərəfinə Böyük Britaniya və Avstraliyanın Dövlət himnləri səsləndirilib.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Formula 1 üzrə Azərbaycan Qran-Prisinin qalibi  “McLaren” komandasının avstraliyalı pilotu Oskar Piastri olub.

İkinci yerə Şarl Lekler (“Ferrari”), üçüncü yerə Corc Rassell ("Mercedes") yiyələnib.







Formula-1