19 sentyabr 2024. Cümə axşamı

Alonso Monakoda Nevey ilə gizli görüşdən danışıb


  • Formula-1
  • 21:16 16.09.2024
  • Oxunma sayı: 38
Alonso Monakoda Nevey ilə gizli görüşdən danışıb

İkiqat Formula 1 çempionu Fernando Alonso 2024-cü il tarixi Monako Qran Prisi zamanı Adrian Nevey ilə gizli görüş keçirdiyini və bu görüş zamanı əfsanəvi dizayneri "Aston Martin"ə qoşulmağa razı salmağa çalışdığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, “Motorsport" təcrübəli pilotçunun dediklərini belə çatdırıb:

“Mən ona yazdım, çünki hamı kimi mən də onunla işləmək istəyirdim. Və biz bir-birimizi Monako Qran Prisində gördük, o da həmin həftə yarışdı. Yarım saat söhbət etdik. Hamımız onu inandırmağa çalışdıq.

Düşünürəm ki, son nəticədə Lourens [Stroll] və onun yeni kampusla bağlı baxışı və Aston Martinin gələcəkdə Honda ilə işləmək istəməsi, yəqin ki, [Nyuinin qərarında] əsas amillərdir”

"Aston Martin" sentyabrın 10-da Nevey ilə müqavilə imzalayıb. Mütəxəssis 2025-ci il martın 1-dən iş vəzifələrini icra etməyə başlayacaq. Adrian indi "Red Bull"un əməkdaşıdır.

 







Formula-1