- Formula-1
- 17:34 19.02.2025
Keçmiş Formula 1 pilotçusu və indiki ekspert Entoni Devidson "Red Bull" komandasının pilotu Maks Verstappenin komanda yoldaşlarına təsiri barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, “Racingnews365" 45 yaşlı keçmiş pilotçu dediklərini belə çatdırıb.
"İstənilən sürücünü Maks Verstappenin yanında qoymaq çox risklidir. O, komanda yoldaşlarından çox şey tələb edir. Kimin ağlına gələrdi ki, Maks Daniel Rikkardoya bu qədər güclü təsir göstərəcək və "Renault"a keçməyə qərar verəcək?
Verstappenin ilk karyerasında Pyerre Qasli, Aleks Albon və Karlos Sains da daxil olmaqla bir çox dəyərli komanda yoldaşları var idi. Ancaq biz hələ bərabər şərtlərlə ona meydan oxuya bilən və mövsümün sonunda özünə inamlı olan və Maksın daimi təzyiqi qarşısında əsəbləşməyən birini görməmişik”