- Formula-1
- 21:19 02.03.2025
1996-cı il Dünya Çempionu Deymon Hill heç bir F1 komandasında işləməkdən çəkinməyəcəyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "GPblog" Deymonun dediklərini belə çatdırıb.
“Mən [Formula 1 komandasında işləməyi] istərdim.Mən təbii rəqibəm və [yarışa] qayıtmaq və kiməsə və ya nəyəsə rəqabət aparmağa kömək etməyə çalışmaq istərdim"
Xatırladaq ki, Hillin 64 yaşı var. Britaniyalı 1992-ci il mövsümündə Brabham komandasında "Royal Races"də debüt edib. Formula 1 karyerası ərzində Deymon 22 Qran Pri qələbəsi və 20 poul mövqeyi əldə edib. 1999-cu ilə qədər Villiams, Arrovs və Jordan kimi komandalar üçün F1-də yarışıb.