- Formula-1
- 23:23 08.03.2025
Avstraliyalı "Rodin Motorspor"t Formula 2 pilotu Kristian Mansel yeni mövsümə 10 gün qalmış yarışdan getdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 20 yaşlı pilot bu barədə sosial şəbəkə hesabında yazıb.
“Mən sizə bildirmək istəyirəm ki, şəxsi səbəblərə görə bir müddət yarışlara ara vermək qərarına gəldim".
Ötən mövsüm avstraliyalı Formula 2-də debüt edib, son altı yarışda Trident üçün yarışıb və üç dəfə ilk onluğa daxil olub. Manselin Formula 3-də də təcrübəsi var və 2024-cü il mövsümündə o, ART Grand Prix komandasında beşinci olub.