15 iyun 2025. Bazar günü

"Ferrari"yə uyğunlaşmaq asan olmadı"


  • Formula-1
  • 12:55 18.04.2025
  • Oxunma sayı: 75
"Ferrari"yə uyğunlaşmaq asan olmadı"

"Ferrari" sürücüsü və yeddiqat dünya çempionu Lyuis Həmilton yeni avtomobilinə sürmə tərzini uyğunlaşdırmaqdan danışıb.

90deqiqe.Az xəbər verir ki, "RaceFans" təcrübəli pilotçunun dediklərini belə çatdırıb. 

"Hər bir pilotun öz uçuş tərzi var, mənimki uzun illər yaxşı işləyirdi. Təbii ki, bəzən maşının müəyyən xüsusiyyətlərinə uyğunlaşmaq lazımdır, lakin bu dəfə köklü dəyişikliklər tələb olunurdu. Mən əvvəlki yarışda işləyən bir neçə həll yolu tapa bildim. Amma hər dəfə, xüsusən də seçmə mərhələlərdə bundan istifadə etmək asan deyil. Sadəcə səbirli olmaq və işləməyə davam etmək lazımdır.

Leklerk uzun müddətdir ki, "Ferrari"də maşın sürür və onun üslubu avtomobilə mükəmməl uyğun gəlir. O, avtomobil sürməkdən həzz alır və bu, həqiqətən də təəssürat yaradır. O, həftəsonunun əvvəlindən parametrləri az dəyişir. Mən artıq bu avtomobillə az-çox bütün mövcud parametrləri sınamışam. İndi nəyin işlədiyini və nəyin olmadığını başa düşürəm”.







Formula-1