- Formula-1
- 19:41 11.06.2025
Beynəlxalq Avtomobil Federasiyasının (FIA) stüardları Emiliya-Romanya Qran Prisinin ilk sərbəst yürüşü zamanı 27 yaşlı moneqasklı Şarl Leklerkin təkər təzyiqini dəyişdiyinə görə "Ferrari" Formula 1 komandasını cəzalandırmaq qərarına gəlib.
90deqiqe.Az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyası (FIA) açıqlama yayıb.
Stüardlar Ferrari komandasının nümayəndəsini dinləyib və texniki nümayəndənin təqdim etdiyi məlumatları nəzərdən keçiriblər. Texniki Direktiv 003G, bənd 2 g.ii. təkərin bir məşq zamanı bir dəfədən çox istifadə oluna biləcəyini göstərir. O, həmçinin komanda təkərlərdə düzəlişlər etmək, məsələn, təkərlərin təzyiqini aşağı salmaq istəsə, riayət edilməli olan prosedurları da müəyyən edir.
Komandanın sözçüsü etiraf edib ki, bu prosedurlara əməl olunmayıb, bu isə Formula 1 İdman Reqlamentinin 30.5a maddəsinin pozulması deməkdir. Stüardlar bunun sərbəst məşq zamanı baş verdiyini qeyd ediblər. Keçmişdə baş vermiş oxşar təkər qaydaları pozuntularına uyğun olaraq, stüardlar 5000 avro məbləğində cərimə tətbiq ediblər – deyə, FIA-nın bəyanatında qeyd olunub.