- Formula-1
- 23:10 27.01.2026
Futbol üzrə dünya çempionu, “Real Madrid”, “İnter” və Braziliya millisinin sabiq ulduz hücumçusu Ronaldo mayın 18-də İtaliyanın İmola şəhərində keçirilən Formula 1 üzrə Emilia Romaqna Qran Prisində iştirak edib.
90deqiqe.Az xəbər verir ki, avtoidman dünyasının diqqət mərkəzində olan bu yarışda "McLaren" komandasının avstraliyalı pilotu Oskar Piastri 131 xalla turnir cədvəlinə başçılıq edir. Onun komanda yoldaşı Lando Norris 115 xalla ikinci pillədə qərarlaşıb. "Red Bull"un dördqat dünya çempionu sürücüsü Maks Verstappen isə 99 xalla ilk üçlükdə yer alır.
Konstruktorlar Kubokunda da "McLaren" komandası 246 xalla liderliyini qoruyur. "Mercedes" 141 xalla ikinci, "Red Bull" isə 105 xalla üçüncü sırada qərarlaşıb.
Formula 1 mövsümü böyük rəqabətlə davam edir və qarşıdakı yarışlarda gərginliyin daha da artacağı gözlənilir.