29 yanvar 2026. Cümə axşamı

Məşhur sponsor Red Bull ilə əməkdaşlığı genişləndirir


  • Formula-1
  • 17:55 23.05.2025
  • Oxunma sayı: 115
Məşhur sponsor Red Bull ilə əməkdaşlığı genişləndirir

Formula 1 komandası "Red Bull" və ödəniş sistemi şirkəti Visa əməkdaşlığını genişləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti bununla bağlı məlumat yayıb.

Monako Qran Prisindən etibarən Avstriya komandası olan "Red Bull"un avtomobillərində Visa Infinite loqoları yer alacaq. Loqolar, avtomobillərin ön qanadında əks olunacaq.

Qeyd edək ki, Visa, Avstriya konserninin ikinci komandası olan Racing Bullsun titul sponsorudur.

Ümumi sürücülər sıralamasında hazırkı lider 146 xalla "McLaren" pilotu Oskar Piastridir. İkinci yerdə onun 133 xalı olan komanda yoldaşı Lando Norris qərarlaşıb. İlk üçlüyü hazırkı dünya çempionu "Red Bull"dan Maks Verstappen (124) tamamlayır.







Formula-1