28 iyun 2026. Bazar günü

Lando Norris Monako Qran Prisinə vəsiqə qazandı


  • Formula-1
  • 19:30 24.05.2025
  • Oxunma sayı: 154
Lando Norris Monako Qran Prisinə vəsiqə qazandı

"McLaren" komandasının sürücüsü Lando Norris Monako Qran Prisinə vəsiqə qazanıb.

90deqiqe.Az xəbər verir ki, "Ferrari" sürücüsü Çarlz Lekler təsnifat mərhələsində ikinci, Norrisin komanda yoldaşı Oskar Piastri isə üçüncü yeri tutub.

Yeddiqat dünya çempionu Lyuis Həmilton seçmə mərhələni dördüncü, "Red Bull" komandasının hazırkı dördqat titul sahibi Maks Verstappen isə beşinci yerdə qərarlaşıb.

Kvalifikasiya hər iki Mercedes sürücüsü üçün uğursuz olub. Andrea Kimi Antonelli birinci təsnifat seqmentinin sonunda avtomobilini vurub, Corc Rasselin avtomobilində isə ikinci seqmentin başlanğıcında akkumulyator problemi yaranıb.







Formula-1