- Formula-1
- 17:03 13.07.2025
"Red Bull" komandasının 27 yaşlı sürücüsü, dördqat Formula 1 çempionu Maks Verstappen yarış öncəsi start və ilk döngə ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Racingnews365" niderlandlı pilotçunun dediklərini belə çatdırıb.
“Düşünürəm ki, birinci döngədə parlamağın vaxtıdır, bəli. İlk döngəyə üç maşın ard-arda girəcəyik ki, gözəl şəkillər çəkə biləsən.
Düzünü desəm, tempimizə baxsaq, çətin olacaq. Oskarın dediyi kimi, bu, yalnız başlanğıc və ilk döngəyə aid deyil. Təkərləri yaxşı idarə etmək lazımdır. Bu uzun bir yarışdır. Çox şey ola bilər. Ona görə də mən yalnız əlimdə olandan maksimum yararlanmağa çalışacağam”