14 iyul 2025. Bazar ertəsi

Verstappen Rassellə toqquşmaya görə üzr istədi


  • Formula-1
  • 14:09 02.06.2025
  • Oxunma sayı: 54
Verstappen Rassellə toqquşmaya görə üzr istədi

“Red Bull”un dördqat dünya çempionu pilotu Maks Verstappen İspaniya Qran-Prisində “Mercedes” sürücüsü Corc Rassellə baş verən toqquşmaya görə üzrxahlıq edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə təcrübəli pilotçu şəxsi sosial şəbəkə hesabında yazıb.

“Nə qədər ki, təhlükəsizlik maşını meydana çıxmamışdı, Barselonada yaxşı strategiyamız və uğurlu yarışımız var idi. Lakin təhlükəsizlik maşınından sonra təkər seçimi və bəzi vəziyyətlər məni daha da əsəbiləşdirdi, bu da düzgün olmayan hərəkətimə səbəb oldu. Belə bir hal baş verməməli idi.

Həmişə komanda uğrunda əlimdən gələni edirəm, amma bəzən emosiyalar nəzarətdən çıxır. Biz birlikdə qələbə qazanır, birlikdə də uğursuzluqlarla üzləşirik. Montralda görüşənədək”, – deyə, Verstappen qeyd edib.







Formula-1